|
Yəqin ki, aranızda elə bir şəxs yoxdur ki, nə vaxtsa yolda qalmasın, avtomobili xarab olmasın, təkər buraxdığına görə toz-torpağa bulanmasın. Əgər, sükan arxasındasınızsa, belə hallarla ildə bir neçə dəfə rastlaşırsınız. Hələ, qəzalardan bəhs etmirik. Gündəlik həyatda rastlaşdığımız onlarla belə gözlənilməz hadisələr vaxtımızı alır, bizi əsas işlərimizdən uzaqlaşdırır, bir çox hallarda maddi və mənəvi zərərə uğradır. Bütün belə durumlarda mobil telefonumuza əl atır, ağlımıza gələn dost-tanışa zəng edir, vəziyyətdən çıxış yolları axtarırıq. Bir çox hallarda “tərslikdən” telefonlara ya zəng çatmır, ya zəng vurduğumuz adamlar həmin anda bizə yardım etmək imkanına malik olmur, yollarda şütüyən avtomobillər isə yanan qəza işıqlarımıza fikir vermədən yollarına davam edir. Əgər, sükan arxasında olan qadın və ya görüşə tələsən, çox səliqəli geyimdə olan iş adamıdırsa, onda vəziyyət daha da mürəkkəbləşir.
Bəs nə etməli? Bütün belə hallardan necə sığortalanmalı? Qəza zamanı,
bizə hərtərəfli yardım edə biləcək birini haradan tapmalı? Zənnimcə, bu
suallar hamımızı bu və ya digər dərəcədə düşündürür. AAA, başqa sözlə
“Azərbaycan Avtomobil Asistansı” şirkətinin yaranmasında məqsəd Sizi
narahat edən bütün suallara cavab verməkdən, nigarançılıqlarınıza son
qoymaqdan və bir telefon zəngilə yüklərinizin bir qismini çiyninizdən
götürməkdən ibarətdir.
|